iki-iki gəzmək qadağandır - - Almaniyadan ciddi qərar

iki-iki gəzmək qadağandır - Almaniyadan ciddi qərar

 Almaniyada koronavirusla mübarizə çərçivəsində insanların toplaşması qadağan edilib.

Qərar bazar günü Almaniya kansleri Angela Merkelin əyalət baş nazirləri ilə keçirdiyi telekörpü ilə görüşdə qəbul edilib.

İki həftə qüvvədə qalacaq qərara görə, iki nəfərdən artıq insanın görüşü qadağan edilib. Ailələr, həyat yoldaşları, peşə səbəbilə məcburi görüşlər, ictimai nəqliyyat və yaslar xaric hər kəs bu qadağaya əməl etməlidir.

Eyni zamanda, ölkədə fəaliyyət göstərən restoranların müvəqqəti bağlanılmasına qərar verilib. Bu qərar evlərə çatdırılma xidmətinə şamil olunmur.Teleqraf.com

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !