Məzahir müəllim uşaqlar üçün - "ŞEİR SAATI"

Məzahir müəllim uşaqlar üçün "ŞEİR SAATI"

 Hər günün bir hökmü var, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar koronovirus narahatlığı keçirirlər. Verilən tövsiyələrə görə mən yaşlı olduğuma görə, Məryəm və Mədinə uşaq olduqlarına görə günümüzü evdə keçiririk. Əlbəttə, mənim nəvələrim kimi başqa uşaqlar da darıxırlar. Bu gün nəvələrimlə belə qərara gəldik ki, hər gün uşaqlar üçün "ŞEİR SAATI" keçirək, evdə darıxan balacalarla ünsiyyətdə olaq. Şeir paylaşmaq bizdən, onları əzbərləmək isə sizdən. O ki, qaldı hədiyyənizə, Məryəmlə Mədinənin təklifi ilə "Şeir saatı"nda fərqlənənlərə Məzahir babanın "NAĞIL GERÇƏK OLACAQ..." kitabı göndəriləcək.
- Ay baba, o maralın,
Niyə açıqdır başı?
Niyə o təkcə gəzir,
Yoxdu dostu, sirdaşı?
O maralın papağı,
Meşədə düşüb itib...
Yaşıllıq olsun deyə,
Başında ağac bitib...
Məzahir Süleymanzadə

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !