Siqaretləri gizlədərək keçirməyə cəhd etdi -

Siqaretləri gizlədərək keçirməyə cəhd etdi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220 CDI" markalı avtomobil saxlanılıb, rentgen aparatı ilə yoxlamadan keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin sağ və sol ayaq yerlərinin içərisində, həmçinin yük yerindəki döşəmənin alt hissəsindəki boşluqlarda gömrük nəzarətindən gizlədilən 14 200 ədəd "Parliament Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !