Dövlət Sər­həd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Qazax əlahiddə sərhəd divi­zi­yasında -

Dövlət Sər­həd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd divi­zi­yasında

2020-ci ilin 19 mart tarixində Dövlət Sər­həd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlamış və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüş­müş­dür.

Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Novruz” bayramı müna­sibə­tilə Azərbaycan xalqına ünvanladığı təbrik sözləri şəxsi heyətə çatdırıl­mış, təmas xəttində döyüş mövqelə­rində xidmətdə olan hər­bi qulluq­çu­lar bu bayram münasibətilə şəxsən təbrik edilmiş, hər bir sər­həd­çiyə bay­ram sovqatları təqdim olunmuşdur.

Səfər çərçivəsində xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması üzrə verilmiş tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılmış, zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərə, hərbi qulluqçuların xidməti və ya­şayış şərait­lə­rinə baxış ke­çirilmiş, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxu­nul­­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqa­mətin­də zəruri göstərişlər verilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !