- Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olundu

Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olundu

 Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir. 19, 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı- Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !