İşbazlar Atlantes çimərliyinin ətrafını qum karxanasına çevirib -

İşbazlar “Atlantes” çimərliyinin ətrafını qum karxanasına çevirib

...Koronavirusun başımızı qatıb-qarışdırdığı bir vaxtda bəzi işbazlar da bu qarışıqlıqdan istifadə edərək Xəzərin sahilində goreşənliklə məşğuldurlar.
Belə ki, Nardaran kənd sakinlərinin “Təzadlar”a verdiyi məlumatlara görə, Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Bilgəh sanatoriyasından Nardaran kəndi istiqamətində, daha dəqiqi, “Atlantes” restoranından 700 metr irəlidə, yolun sağındakı çimərlik zonasinda işbazlar əməlli-başlı qum karxanası yaradıblar. Belə ki, ağır texnikanın köməkliyilə bu ərazidən hər gün gecədən sübhədək onlarla yük avtomobili qumla yüklənərək satışa göndərilir. Yaranan iri xəndəklərin dərinliyindən təbiətə vurulan ziyanın əhatə dairəsinin genişliyinə istinadən qeyd etmək olar ki, işbazlar uzun müddətdir ki, burada fəaliyyət göstərmişlər. Və ən azı bu vaxtadək ərazidən 2-3 milyon ton qum daşınması nəticəsində mövcud çimərliyin günbatar hissəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Hesab edirk ki, tezliklə qanunvericiliyin tələbi üzrə aidiyyatı dövlət qurumlarının operativ fəaliyyəti nəticəsində sözügedən ərazidən qanunsuz qum daşınmasının qarşısı alınacaqdır.
“Təzadlar” hüquqşünas Məmməd Əhmədoğlunun bu barədə həyəcan dolu məlumatlarını əsas tutaraq baş verənlər barədə (fotoşəkillərlə birgə) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermişdir. İnanırıq ki, ərazi nəzarətə götürüləcək, günahkarlar cəzalandırılacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !