İcra başçısı şəhid ailələrinə Novruz sovqatları payladı - -FOTO=6

İcra başçısı şəhid ailələrinə Novruz sovqatları payladı -FOTO=6

Martın 19-da Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan şəhid ailələrinə Novruz sovqatları paylanılıb.
Hacıqabul rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhid ailələri ziyarət edilmiş və bayram sovqatları verilib.
Rayon İcra Hakimiyyətinin əməkdaşları görüşdə Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıblar.
Bildirilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə veməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə şəhid ailələrinə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.
Bayram sovqatlarını qəbul edən şəhid ailələri onlara göstərilən bu cür diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !