Proqramlaşdırma təhsilində yenilik - - Pragmatech

Proqramlaşdırma təhsilində yenilik - Pragmatech

Azərbaycanda proqramlaşdırma sahəsində öyrənmə keyfiyyətini artırmaq hal hazırda ən əhəmiyyətli mövzulardan biridir.
Pragmatech Təhsil və İnkişaf mərkəzi bu məqsədlə tələbələrə özünəməxsus öyrənmə və öyrətmə metodu ilə fəaliyyətə başlayıb.
Proqramlaşdırma kimi öyrənmə müddəti uzun və çətin olan bir sahədə tələbələrin öyrənmə motivasiyalarını daim aktiv saxlamaq tələb olunur. Pragmatech bu problemi aradan qaldırmaq üçün xüsusi tədris metodu tətbiq edir.
Pragmatech-də təhsil alan tələbələr fundamental biliklər əldə etdikdən sonra birbaşa Pragmatech Proqramçı komandasının nəzarəti altında real proyektlər üzərində işləyərək maddi gəlir əldə etməyə başlayırlar. Bu tələbələrə birbaşa iş mühitində olma və iş dünyasında faydalı olabiləcək bilikləri əldə etmə şansı verir. Pragmatech-dən məzun olan tələbə həm maddi gəlir əldə etmiş, həm də sektorda kadr olaraq işə başlaya bilmək üçün ehtiyacı olan bilikləri nəzəri olaraq Pragmatech müəllimlərindən, praktiki tərəfini isə Pragmatech Proqramçı komandasından öyrənir.
Təhsil keyfiyyətinin qorunması səbəbi ilə Pragmatech tələbələri tədris olunan hər modul sonunda nəzəri və praktiki imtahanla dəyərləndirilirlər. Yalnız uğurlu olan tələbələr növbəti tədris modulunda iştirak etmə haqqı qazanır.
Pragmatech-də təhsilini uğurla başa vuran hər tələbə Pragmatech tərəfindən işlə təmin olunma və təhsilə qoyduğu investisiyanı tamamilə geri qazanma zəmanəti əldə edir.
Bundan əlavə tələbələrlə İT sektorunda fəaliyyət göstərən şirkətlər arasındakı ünsiyyət və işbirliyinin təmin olunması məqsədi ilə həftəlik seminar və görüşlər təşkil edilir. Bu görüşlər İT şirkətləri üçün gələcək kadrları seçmə, tələbələr üçün isə hədəflərində olan şirkətləri daha yaxından tanıma və fəaliyyətlərini analiz etmə şansı verir.
Proqramlaşdırma tədrisini daha keyfiyyətli olması məqsədi ilə fundamental biliklər öyrədildikdən sonra İngilis dili səviyyəsi zəif olan tələbələr ödənişsiz şəkildə təşkil edilmiş Texniki İngilis dili dərslərindən faydalana bilirlər.
Proqramlaşdırma öyrənmək üçün mühit çox əhəmiyyətlidir. Bunu nəzərə alaraq Pragmatech 24/7 fəaliyyət göstərir,
Ətraflı məlumat üçün - www.pragmatech.az metbuat.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !