Mərkəzi Gömrük Hospitalının Qadın Sağlamlıq Mərkəzində endirimli bahar kampaniyası davam edir -

Mərkəzi Gömrük Hospitalının Qadın Sağlamlıq Mərkəzində endirimli bahar kampaniyası davam edir

 Mərkəzi Gömrük Hospitalının Qadın Sağlamlıq Mərkəzində 20 mart 2020-ci il tarixinə qədər süni mayalanmada endirimli bahar kampaniyası davam edir. Bahar kampaniyası müddətində müraciət edən ilk 100 ailəyə dərmanlar daxil olmaqla süni mayalanma müalicəsinin qiyməti 3700 manat deyil, 3200 manat təşkil edəcək. 2015-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının nəzdində fəaliyyət göstərən Qadın Sağlamlıq Mərkəzi süni mayalanma sahəsində dünyanın tanınmış professoru Mustafa Bahçecinin rəhbərliyi altında olan Bahçeci Sağlamlıq Qrupu ilə əməkdaşlıq edir.
Professor Mustafa Bahçecinin ekspert müşahidəsi altında Qadın Sağlamlıq Mərkəzində azərbaycanlı, türkiyəli embrioloq və ginekoloqlar komandasında uzman, ginekoloq Serdar Çelik, embrioloq Dilek Cengiz Çelik, uzman, ginekoloq Dr. Sevil Məmmədova və digərləri reproduktiv sağlamlıq sahəsində əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərirlər. Qadın Sağlamlıq Mərkəzinə müraciət edən hər bir pasiyentə probleminə uyğun olaraq xüsusi müalicə protokolu hazırlanır.
Mərkəz ən son texnologiyalarla, avadanlıqlarla təchiz olunmuşdur. Burada RECOMBİNE, PGD, ERA Testi, Hamiləlik vaksini kimi müsbət nəticələri təsdiqlənmiş ən yeni prosedurlardan istifadə olunur. ERA, EMMA, ALICE, CD56 kimi testlərlə uşaqlığın içinin genetik müayinəsi, embrionun tutulma saatı təyin olunur. Bütün yumurta, sperma və embrionlar yazılı, sözlü və rəngli üç mərhələli təhlükəsizliyə nəzarət sistemindən keçir.
Mərkəzin laboratoriyasında unikal olan embrioskop istifadə olunur. Bu aparatla embrionların inkişafı, onlara zərər yetirmədən, inkubatordan çıxarılmadan təqib edilir. Bununla da, sağlam embrion əldə edilir ki, bu da, qadınlarda hamilə qalma şansını dəfələrlə artırır. İnkişaf etmiş yüksək texnologiya, təcrübəli beynəlxalq tibbi heyət və hər kəsə tətbiq edilən fərdi yanaşma bizə süni mayalanma sahəsində yüksək göstəriciləri əldə etməyə imkan verir. Qeyd edək ki, Bahçeci Sağlamlıq Qrupu 23 illik təcrübəyə malik olaraq, dünyanın 105 ölkəsində 60.000-dən çox uşağın dünyaya göz açmasına vəsilə olub.
Qadın Sağlamlıq Mərkəzi haqqında ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: www.sunimayalandirma.az. Həkim qəbuluna yazılmaq və ətraflı məlumat almaq üçün (055) 300 25 87 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !