Gülağa Tənha : - Fotoqrafa həsr olunmuş şeir

Gülağa Tənha : Fotoqrafa həsr olunmuş şeir

 Uzun illər mətbuat sahəsində uğurlu fəaliyyət göstərərək tarixin yaddaşına öz nəqqaşlığını etmiş fotoqraf, təsisçi və baş redaktor Rasim Sadıqovu ad günü münasibətilə təbrik edir, Azpress.az - saytın əməkdaşları adından ona sağlıqlı ömür və yeni-yeni nailiyyətlər arzu edirik!

Hörmətlə...


KÖHNƏ ALBOMDAKI KÖHNƏ ŞƏKİLLƏR


Rasim bəyə səmimiyyətlə

 

Albom…
Dünənimin şəkil yaddaşı
Çəkir gözlərimi göy dəniz kimi.
Baxıram…
Gözünü çəkmir gözümdən,
Baxır dünyamızdan xəbərsiz kimi.
Çoxdan açmamışam, üzü tozludu,
Albomda şəkillər saralıb, solub.
İtən günlərimin yadigarları,
Yaddaşdan qaçaraq buraya dolub.
Kimini nisgillə ağlada bilib,
Kimini şəfqətlə güldürüb onlar.
Şəkilə salmaqçün bircə duruşu,
Ömrün bir anını öldürüb onlar.
Kim baxıb onlara sonuncu dəfə,
Albom, şəkillərə zindan olubdur.
Mənimlə yaşıddır onun hər biri,
Kim deyir ömürü bir an olubdur?
Bəndə yaranandan axtarışdadı,
Hələ də tapılmır həyatın çəmi.
Görən niyə düşmür?
Düşür – görmürük,
Ötüşən anların sevinci-qəmi?
Yaman tumarlıdı bu şəkil oğlan,
Köynəyi ütülü, pencəyi təzə.
Biri qohumundu, biri qonşunun,
Anam gətirmişdi mən dilbilməzə…
İstər xatirə de, istər yadigar,
Hər şəkil bir anın göz yaşlarıdı.
Köhnə məzarlıqdı köhnə albomlar,
Şəkillər qırılmış baş daşlarıdı...

Gülağa Tənha (Qənbərov) Bakı, 28 aprel 2006

 

Musahibə: http://www.srasim.com/index.php?sectionid=news&id=49

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
 

https://www.youtube.com/watch?v=1-ZJUYf_FtM
https://www.youtube.com/watch?v=wjZ0fjO9FYc