Mübariz Mənsimovun meneceri də həbs olundu - - VİDEO+FOTO

Mübariz Mənsimovun meneceri də həbs olundu - VİDEO+FOTO

Video əlavə olunub.
***
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali Holdinq”in meneceri Nuray Nurcahan Peker də həbs olunub.

Araşdırmalar zamanı menecerin Fətullah Gülən Terror Təşkilatının üzvü olduğu və təşkilatın yüksək səviyyəli rəhbərliyi ilə əlaqələri üzə çıxıb.
Türkiyə mediasının xəbərinə görə, M.Mənsimovun telefon zəngləri araşdırılarkən təşkilatın rəhbərliyində yer alan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə davamlı əlaqəsinin olduğu, həmçinin FETÖ-yə bağlı olması səbəbi ilə Rusiya hökuməti tərəfindən bağlanan Atlantik Beynəlxalq Məktəbinin idarə heyətində olduğu aşkarlanıb.
Bundan başqa haqqında həbs olunma qərarı çıxarılan digər FETÖ-cü Muammer İhsan Kalkavanın da “Palmali”ni tez-tez ziyarət etdiyi, hətta şirkətin ortağı kimi münasibət göstərildiyi xəbərdə qeyd edilir.
İstintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovla birgə hərəkət etdiyi bəlli olub və onun haqqında da həbs qərarı verilib.
Qeyd edək ki, Mübariz Mənsimov ötən gün İstanbul Respublika Baş Prokurorluğu Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbə Müdirliyi tərəfindən həbs olunub.
publika.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !