Karantin qaydalarını pozanlar 6 ay müddətinə həbs olunacaq -

Karantin qaydalarını pozanlar 6 ay müddətinə həbs olunacaq

Norveç hökuməti digər ölkələrdən qayıdan bütün şəxslərin iki həftəlik karantinə alınması barədə qərar qəbul edib.
Bu qərar martın 17-dən qüvvəyə minəcək.
Daha əvvəl karantin İsveç və Finlandiyadan qayıdanlara şamil olunmurdu.
Karantin qaydalarını pozan şəxslər cərimələnə və ya 6 ay müddətinədək həbs oluna bilər.
Qeyd edək ki, bu günədək Norveçdə koronavirusa yoluxanların sayı 1077 nəfərə çatıb. Üç nəfər vəfat edib. modern.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !