Gülağa Tənha - Novruz ərəfəsi (III hissə)

Gülağa Tənha Novruz ərəfəsi (III hissə)

Bayramlar tanışları, dostları, qohum-əqrabanı bir birinə daha da yaxın edir: kiçiklər böyüklərin qapısını döyüb onların xeyir duasını alır, dünyadan köçmüş yaxınların qəbri ziyarət edilib, dualar oxunur. Çərşənbələrdə tonqal qalanıb kimi bayram sovqatı üçün papaq atır, qızlar qulaq falına çıxır və digər müxtəlif oyunlar oynanılır. Yazın gəlişi hər kəsin üzündə təbəssüm yaradır. Bəs kimsəsiz uşaqlar?... Gözləri qapıda qalaraq yol çəkir: bəlkə bu bayramda valideyini gəlib onu bu sıxıntılardan qurtaracaq, yurda, isti oçaqlarına aparacaq... Nə yaxşı ki, onları bu fikirdən ayırıb, sevindirənlər var. Onlardan biri də hamının xeyriyyəçi - şair kimi tanıdığı Gülağa Tənhadır.

Daha ətraflı video linkdə...

 


BİLƏR

Qardaş, gen dünyada işıq qədrini,
Gözünə qaranlıq çökənlər bilər.
Ömür nemətinin şirinliyini
Qəhərin qolunu bükənlər bilər.
Bir şirin, bir dadlı yuxu əvəzi,
Gözəllik qoxuyan duyğu əvəzi,
Burda yaxşılığı toxum əvəzi
Ürəyə, könülə əkənlər bilər.
Hər oğul biləmməz mətanət nədi,
Çətinə düşəndə dəyanət nədi,
Ömrə ömür verən səadət nədi,
Həsrətin nazını çəkənlər bilər.

Gülağa Tənha (Qənbərov) May, 1985 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost #lider#el #Vətən #bayram #novruz #verilish

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !