Ağdam rayonunun Xındırıstan kəndindəki tarixi məsciddə bərpa işləri başa çatıb - +FOTO=2 (AZpress.AZ-Mais İbrahimov)

Ağdam rayonunun Xındırıstan kəndindəki tarixi məsciddə bərpa işləri başa çatıb +FOTO=2 (AZpress.AZ-Mais İbrahimov)

Ağdam rayonunun Xındırıstan kəndindəki qəzalı vəziyyətə düşən tarixi məsciddə bərpa işləri başa çatıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bir əsrdən artıq yaşı olan məscid binasının dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri aparılıb, seysmik beton kəmər quraşdırılıb. Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilib. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə, həyətdə kişilər üçün 180 nəfərlik, qadınlar üçün isə 70 nəfərlik mərasim zalları inşa edilib. Məscidin ərazisində abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb, yerə tamet döşənib.
Qeyd edək ki, Xındırıstan məscidi 1907-ci ildə kənd sakini Hacı Cabbar bəy tərəfindən inşa eidlib. Tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərində Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !