Koronavirusla bağlı - SON MƏLUMATLAR...

Koronavirusla bağlı SON MƏLUMATLAR...

İspaniya hökuməti koronavirusun yayılması səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib. Bu, iki həftə davam edəcək.
Modern.az bildirir ki, bu barədə ölkənin Baş Naziri Pedro Sançes məlumat verib. Fövqəladə vəziyyət rejimi İspaniya hökumətinə ölkə daxilində hərəkəti məhdudlaşdırmağa, eləcə də digər tədbirlər görməyə imkan verəcək.
Xatırladaq ki, daha əvvəl Madriddə bütün məktəb və universitetlər artıq iki həftəlik karantinə bağlanıb.
Qeyd edək ki, İspaniyada 5 mindən çox insan koronavirusa yoluxub, 133 pasiyent dünyasını dəyişib.
*** *** ***
Yunanınstanda koronavirus səbəbindən üçünçü ölüm hadisəsi baş verib.
 Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu barədə Yunanıstanın Səhiyyə idarəsindən açıqlama verilib.
Ölən şəxslər 62, 67 və 92 yaşında olublar.
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis televiza vasitəsi ilə verdiyi açıqlamada ölkəni koronavirusla bağlı çətin günlər gözlədiyini bildirib.
Səhiyyə qurumları isə əhalini məcbur olmadıqları təqdirdə evlərindən çıxmamağa çağırıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !