Koronavirus İranın Ali Rəhbərinin administrasiyasına da çatdı -

Koronavirus İranın Ali Rəhbərinin administrasiyasına da çatdı

İran xalqının Amerika həkimlərinə ehtiyacı yoxdur. İranda çox güclü həkimlər var.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Müsəvi ABŞ prezidenti Donald Trampın İrana yardım etmək təklifinə cavab olaraq deyib.
A.Müsəvi qeyd edib ki, ABŞ prezidenti riyakarlıqla verdiyi bəyanatlar həqiqəti əks etdirmir. ABŞ İrana qarşı sanksiyalar tətbiq edib və əhalini çətin iqtisadi vəziyyətə salıb. Digər tərəfdən isə yardım təklif edir. Bu riyakarlıqdan və yalandan başqa bir şey deyil.
Əgər ABŞ doğurdan da İran xalqının koronavirus ilə mübarizəsinə köməklik göstərmək istəyirsə, onda tətbiq etdiyi sanksiyaları aradan qaldırsın.
Xatırladaq ki, prezident D.Tramp koronavirusla mübarizə üçün bir neçə dəfə İrana yardım təklif edib və hər dəfə də İran rəsmiləri təklifi rədd edərək sanksiyaların aradan qaldırılmasını tələb ediblər.
Bu arada isə İranda virusa yoluxanların sayı artır. Səhiyyə Nazirliyinin məlumatına görə yoluxanların sayı 11 mini, ölənlərin sayı isə 550 nəfəri keçib. İranın Ali Rəhbəri ordunun virusla mübarizəyə cəlb edilməsi haqqında tapşırıq verib. İran ordusunun Baş Qərargah rəisi general Məhəmməd Baqeri bildirib ki, son 24 saat ərzində Tehranda və digər böyük şəhərlərdə insanların küçələrə çıxması qadağan ediləcək. Bununla yanaşı bazarların və ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılacaq.
Qətər əmiri Xəlifə Əl-Tani virusla mübarizədə İranın yanında olacağını bəyan edib və 5 ton həcmində tibbi ləvazimat göndərib.
İranın böyük şəhərlərində isə dezinfeksiya işləri davam edir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !