Özünü polis kimi təqdim edən azərbaycanlının quldurluq görüntüləri - – VİDEO

Özünü polis kimi təqdim edən azərbaycanlının quldurluq görüntüləri – VİDEO

İstanbulun Kadıköy rayonunda Azərbaycan əsilli 39 yaşlı Sadıx saxlanılıb.
“İhlas” xəbər agentliyinin verdiyi məlumata görə, özünü polis kimi təqdim və adının Rahib olduğu deyilən şəxs Feneryolu məhəlləsində özbəkistanlı 44 yaşlı Gülşanoy adlı qadına qarşı quldurluq edib.
Məlumatlara görə, o, Gülşanoyun sənədlərini yoxladıqdan sonra qadının çantasındakı 1350 lirəsini (364 AZN – red.) oğurlayıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində Sadıx saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !