Gülağa Tənha - Novruz ərəfəsi (II hissə)

Gülağa Tənha Novruz ərəfəsi (II hissə)

O, gördüyü işlərlə fəxr edir...
Qürbətdə yaşayan insan üçün ən qiymətli nədir? Bunu yalnız qürbətin dadını dadanlar bilər. Ola bilər ki sən cah-cəlal içində olasan amma bir vaxt yaşadığın, boya-başa çatdığın, ayaqların yürüdüyün küçələrin həsrətin çəkəsən. Və o zaman insanı yaradıcılıq xilas edir.

daha ətraflı video linkdə...


GÖNDƏR AZƏRBAYCANI

Dostum zəng elədi, soruşdu məndən:
– Söylə nə göndərim sənə Vətəndən?
Dedim ki, cənnətə dönsə bu məkan,
Kiminə ocaqdı, mənə qürbətdi.
Vətəndən uzaqda məni yaşadan
Yurda məhəbbətdi.
İstərəm elimin Günəşini mən,
İsitsin hər zaman mərd ürəyimi.
İstərəm dağların saf havasını,
Yuyum, təmizləyim hər diləyimi.
Göndər obamızın şah palıdını,
Göylərə baş çəkən xan çinarını,
Bu qürbət diyarda dayağım olsun.
Göndər aşıqların telli sazını,
Evimə xoş səsi, sədası dolsun...
Saydıqca qurtarmaz istəyim, kamım,
Ana Vətənimin bənzəri hanı?
Ey dosdum, göndərə bilirsən əgər,
Göndər bu diyara Azərbaycanı!


Gülağa Tənha (Qənbərov) Moskva, 28.12.1989

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !