Dolları kim bahalaşdırır ? -

Dolları kim bahalaşdırır ?

Hazırda qlobal iqtisadiyyatda baş verən yüksək rislilik meyilləri Azərbaycan iqtisadiyyatına da müəyyən təsirlər göstərir. Beləki, şənbə günü Səudiyyə Ərəbistanının neft hasilatını artıracağı ilə bağlı bəyanatı dünya birjalarında neftin qiymətinin kəskin azalmasına səbəb olub. Neftin dəyərsizləşməsi dolların və qızılın bahalaşması, manatın məzənnəsinəsinin dayanıqlılıq səviyyəsini aşağı salıb və ölkəmizdə növbəti devolvasiya olacağı ilə bağlı fikirlər səslənməsini stimullaşmdırıb. İstehlakçılar arasında dolların bahalaşması ilə bağlı fikirlər çoxaldığı üçün onlar əllərində olan pulun dəyərinin itməsi riski ilə üz-üzə olduqlarını düşünürlər . İqtisadiyyatda “Rasional gözləmə nəzəriyyəsi” var. Bu nəzəriyyə daha çox istehlakçılarla bağlıdır. Bu ondan ibarətdir ki,istehlakçılar daha çevikdirlər. Beləki, ,istehlakçılar hökümətlərin qərar qəbul etməsini gözləmədən özləri daha tez qərar verir. Məsələn istehlakçılar qiymət bahalaşması gözləntisi olduğu zaman hökümət ani infilyasiya tədbirləri həyata keçirməmiş istehlakçılar gedib daha çox mal alır. Beləki, düşünürlər ki, qiymətlər bahlaşacaq və biz hər hansı malı daha ucuz alaq. Beləliklə çoxsaylı mallara və mal çeşidlərinə tələbi özləri də bilmədən artmasına səbəb olurlar.Hazırda ölkədə eyni prosesin getdiyinə şaidlik edirik. İnsanlarda devalvasiya gözləntisi var. Banklarda əmanəti olan və müəyyən qədər yığıma malik olan vətəndalar hökümətin qərarını gözləmədən əlindəki pul vəsitini də dollara çevirmək istəyirlər. Beləliklə dolayı yolla dollara tələbatı artırırlar. Dollara təlabatın artması faktiki olaraq manatın ucuzlaması ilə nəticələnir. Çünki dollar almaq istəyi istehlaçılarda çoxalır manatın dəyəri azalır. Çoxluq dollar üçün daha çox manat verməyə hazır olur və manat dəyərsizləşir. Manatı dollara dəyişənlərin sayı nə qədər çox olarsa,o əməliyyatların həcmi nə qədər böyük olarsa bir o qədər də manat ucuzlaşmağa məhkumdur. Yəni əhali istər-istəməz öz vəsaitlərini qorumaq üçün dollar almağa çalışır. Bununla da dollara tələbat artır və bahalaşma baş verir. Beləliklə əhali özü də bilmədən dolların bahalaşmasına səbəb olur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !