Bakıda yolu keçən qızı maşın vurub kənara atdı - - VİDEO

Bakıda yolu keçən qızı maşın vurub kənara atdı - VİDEO

Bakıda bir müddət əvvəl baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.
AZpress.AZ avtosfer.az-a istinadla xəbər verir ki, magistral yolda, günün qaranlıq vaxtında yolu keçən piyada maşın gələn istiqamətə deyil, əks tərəfə baxır. Eyni zamanda sürücü də piyadanı gec görür. Nəticədə qəza baş verir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bir çox hallarda piyada məsuliyyətsizliyi qəzalara səbəb olur:
“Piyadalar yolu düzgün yerdən keçmir, eyni zamanda yolu keçmə qaydalarına da riayət etmirlər. Həmçinin sürücülər də sükan arxasında diqqətsiz olurlar. Nəticədə qəzalar baş verir”.
Vaqif Əsədov bildirib ki, piyadavurma hadisələri yol polisini ciddi şəkildə narahat edir:
“Təbliğatı çoxaltmaq, hər gün bundan danışmaq lazımdır. Düşünürəm ki, mətbuat da bu istiqamətdə yol polisinə dəstək olmalıdır”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !