İlahə İbadova keçmiş həyat yoldaşının arvadını biabır etdi: - Zəng etsəm... - VİDEO+FOTO=2

İlahə İbadova keçmiş həyat yoldaşının arvadını biabır etdi: “Zəng etsəm...” - VİDEO+FOTO=2

Xanəndə İlahə İbadova keçmiş həyat yoldaşından danışıb.
 İlahə İbadova “Ona qalsa” verilişində şəxsi həyatı haqqında bu sözləri deyib:
“Ailə quracağım insanı heç vaxt imkanı olsun deyə seçmədim. Xanımlar deyirlər, imkanlı oğlana gedəcəm ki, əziyyət çəkməyim. Görünür, oğlan evlənib boşanmaq arzusunda imiş. Bunu valideynləri də bilir, mən bacardığım qədər hər şeyi yola verən olmuşam”.
Aparıcının “Qızın atasıgilə gedirmi?” sualına xanəndə belə cavab verib: “Ümumiyyətlə, qızımı görmək belə arzusunda deyillər. Elə bil, belə bir qız yoxdur. Hətta bunu efirdə də demişdim. Ondan sonra qaynanam bir-iki dəfə ad gününə gəlmişdi.
Həyat yoldaşım evlənib və iki oğlu var. Amma mən zəng edə bilmirəm. Həyat yoldaşı elə yuyub sərər ki... Bir az dillidir. Ona günübacılıq etmirəm”.
Qeyd edək ki, İlahə İbadova vaxtilə efirdə yayımlanmış müsabiqə iştirakçısı olan Mirsalehlə ailəli olub. Cütlüyün bir qızı var.                                                                                                                                     teleqraf.com

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !