Sumqayıtda helikopterlər vasitəsilə dezinfeksiya işləri aparılacaq? - - AÇIQLAMA FOTO

Sumqayıtda helikopterlər vasitəsilə dezinfeksiya işləri aparılacaq? - AÇIQLAMA FOTO

Sosial şəbəkələrdə Sumqayıt şəhərinin helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb.
Şəhər sakinləri məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənməyə çalışsa da, aidiyyəti qurumlardan suallarına cavab ala bilməyiblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, şəhər ərazisində yerləşən inzibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar mütəmadi şəkildə dezinfeksiya edilir:
“Şəhərin gecə saatlarında helikopterlər vasitəsilə havadan dezinfeksiya ediləcəyinə dair məlumatlar həqiqəti əks etdirmir. Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar məktəblərdə, bağçalarda və yaşayış binalarında dezinfeksiyası işləri aparılır. Şəhərin bütün təhsil və səhiyyə binaları, idarə və müəssisələr, məscidlər, ictimai nəqliyyat vasitələri, binaların blokları dezinfeksiya olunub.
Müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar hər günün sonunda dezinfeksiya edilir. Hər kəs gigiyenik normalara hər zamankından daha çox diqqət etməlidir. İnsanların sıx toplaşdığı məkanlara getmək tövsiyə edilmir”. Oxu.Az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !