Bakının iki rayonunda əməliyyat: - Həbs olunanlar var

Bakının iki rayonunda əməliyyat: Həbs olunanlar var

Bakının Qaradağ rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Nəcəfovdan 50 qramdan artıq tiryək, 13 qramdan artıq metamfetamin və metadon, “Nissan” markalı avtomobilindən isə 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İsmayıllı rayon sakini Z.Mövlanlının idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı oradan “Retay 84 FS” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !