Azərbaycan universitetlərində dərs ili uzadıldı -

Azərbaycan universitetlərində dərs ili uzadıldı

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqqında qərar verib.
Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.
Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq.
Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.
Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin (“Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedoqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişdirilmir. Yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılacaq.
“Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedoqoji ixtisaslar) üzrə tələbəlrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyunun 14-ə qədər davam etdiyinə görə) iyunun ayının 15-nə qədər davam etdiriləcək və bu zaman dövlət attestasiyası iyunun 15-dən iyulun 13-nə qədər aparılacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !