KOICA 2020-ci Magistr Proqramları üzrə Təqaüd elan edir - +FOTO=8

KOICA 2020-ci Magistr Proqramları üzrə Təqaüd elan edir +FOTO=8

KOICA Koreya Universitetlərində fərqli sahə üzrə əyani magistr proqramlarını açıq elan edir. Təqaüd proqramları Koreyada təhsil almaq istəyən namizədlər belə ki, dövlət sektorunda çalışan dövlət rəsmiləri və qulluqçuları üçün nəzərdə tutulmuşdur və Proqrama KOICA Təqaüd Proqramlarının tələblərinə uyğun gələn şəxslər müraciət edə bilər.
Univeristetlər və Proqramlar aşağıda qeyd edilmişdir.
Maliyyə və Vergi Siyasəti üzrə Magistr Proqramı
Dayanıqlı və İnklusiv inkişaf üçün Ticarət və Sənaye Siyasəti üzrə Magistr Proqramı
İctimai İdarəetmə üzrə Magistr Proqramı
İKT Tekno Siyasəti üzrə Magistr Proqramı
Şəhər və Regional İnkişaf üzrə Magistr Proqramı
Enerji Elmi və Siyasəti üzrə Magistr Proqramı
Kənd Təsərrüfatı İstehsalı üzrə Maistr Proqramı
Kənd Təsərrüfatı İqtisadiyyatı üzrə Mgaistr Proqramı
Gender və Kənd İcmasının İnkişafı üzrə Magistr Proqramı
Gender və İnkişaf üzrə Magistr Proqramı"
Aviasiya İdarəetməsi üzrə Magistr Proqramı
Səhiyyə Siyasəti və Maliyyələşdirmə Potensialının Artırılması üzrə Magistr Proqramı
ASEAN ölkələri üçün Elektron Hökumət və İctimai İdarəetmə üzrə Magistr Proqramı
ASEAN ölkələri üçün Yüksək əlavə dəyərli kənd təsərrüfatı üzrə Magistr Proqramı
ASEAN ölkələri üçün Smart City üzrə Magistr Proqramı
Universitetin təqaüd proqramına dair ərizə formaları, tələblər, seçim proseduru və digər informasiyalarla bağlı daha geniş məlumat əldə etmək üçün zəhmət olmasa, məktuba əlavə edilmiş Sənədlərə (“2020-ci il KOICA Təqaüd Proqramına dair Təlimat Kitabçası”) istinad edin və KOICA-nın rəsmi ingilis dilli http://koica.go.kr/ciat/index.do veb səhifəsinin sağ hissəsində yerləşən Menu bölməsindən Stay Connected → Notice adlı alt başlıqlara daxil olmaqla müvafiq sənədləri yükləyin.
Ərizələr üçün KOICA Nümayəndəliyində son müddət 3 aprel 2020-ci ildir. Ərizlərlə bağlı hər hansı bir sualınız yaranarsa iş günləri 09:00 - 18:00 ərzində KOICA Azərbaycan Nümayəndəliyinə telefon (+994 12 499 72 14) vasitəsi ilə müraciət edə bilərsiniz. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !