Sumqayıt Dövlət Dram Teatrında Qadınlar günü qeyd olunub. - +FOTO=2

Sumqayıt Dövlət Dram Teatrında Qadınlar günü qeyd olunub. +FOTO=2

 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə Sumqayıt Dövlət Dram Teatrında toplantı keçirildi. Teatrın direktoru əməkdar artist Mübariz Həmidov , baş rejissor xalq artisti Firudin Məhərrəmov və Həmkarlar Komitəsinin sədri Zöhrəli ƏIiyev mədəniyyət ocağında çalışan xanımları təbrik etdi.
Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov ölkəmizdə gender siyasətinin təntənəsindən söhbət açdı. İctimai-siyasi, sosial-mədəni proseslərdə xanımların müstəsna rolunu xatırlatdı. Teatrın rəhbəri Dövlət rəhbərliyi tərəfindən xanımların mühüm vəzifələrə təyin edilməsi, sənətdə olan xanımların mütəmadi olaraq mükafatlandırılmasını qeyd etdi. Son illərdə maraqlı repertuar planında yer alan tamaşalarda aktrisaların uğurlarını, həmçinin digər şöbələrdə çalışan xanımların işgüzarlığını, məsuliyyətli olmasını xüsusi qeyd etdi.
Teatrın baş rejissoru Xalq artisti Firudin Məıhərrəmov çıxış edərək qadınların ədəbiyyat və incəsənət sahəsində nailiyyətlərindən danışdı. Sumqayıt teatrında çalışan dəyərli xanlmların hər birinin Sumqayıtın sosial-mədəni həyatına verdiyi töhvəni vurğuladı. Sonda rəhbərlik və Həmkarlar Komitəsi adından xanımlara hədiyyələr təqdim edildi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !