Babacan partiyanı elan edəcək: Tarix açıqlandı - – Ərdoğana şok ittiham

Babacan partiyanı elan edəcək: Tarix açıqlandı – Ərdoğana şok ittiham

“Mənim Türkiyə Prezidenti Ərdoğanla bir işim yoxdur, amma bizimlə məşğul olsalar, biz də dava etmədən cavab verəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu yeni partiyasını açıqlayan Türkiyənin keçmiş iqtisadiyyat naziri Əli Babacan deyib.
Sabiq nazir yeni partiya quruculuğu ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət ünvanlanacağını, ərizə təqdim ediləcəyini bildirib:
“Martın 11-də partiyamızın adı və loqosunu açıqlayacağıq. Rəsmi müraciətdən sonra bu barədə cəmiyyətə məlumat veriləcək”.
Babacan Ərdoğan hökumətini də sərt şəkildə tənqid edib: “Bu hökumətlə ölkədə rifah yaratmaq mümkün deyil. Türkiyə üçün ən pis seçimdir. İnsanları qorxudaraq idarə etmək istəyirlər, yürütdükləri siyasət bu yöndədir”.
Əli Babacan keçmiş prezident Abdullah Güllə münasibətlərin qırıldığına dair iddiaya da cavab verib:
“Abdullah Gül köhnə dostumuzdur. Onu siyasətə gəlməmişdən əvvəl tanıyırdım. Partiya quruculuğunda bizə dəstək verdi, təcrübəsini bizimlə bölüşdü. Amma komandamız bizdən və bizim dostlarımızdan ibarətdir”.
Müəllif: Mənsur Rəğbətoğlu 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !