Koronavirusla mübarizə apardığı deyilirdi - - 100-dən çox adam zəhərləndi

Koronavirusla mübarizə apardığı deyilirdi - 100-dən çox adam zəhərləndi

Spirtli içkinin koronavirusla mübarizə aparması ilə bağlı yayılan şaiyələrdən sonra İranda spirtli içki qəbul edənlərin sayı artıb.
AZpress.AZ xəbər verir ki, “Fars” xəbər agentliyinə danışan Tibb Elmləri Universitetinin rektoru Fərhad Əbul Nejadiyan, bir neçə gün ərzində Huzistan və Ahvaz əyalətində saxta içkidən zəhərlənərək həyatını itirənlərin sayının 20-yə çatdığını bildirib. Bundan əlavə, 100-dən çox insan xəstəxanada müşahidə altındadır.
Bildirilir ki, spirtli içkinin viruslarla mübarizə aparması ilə bağlı yayılan şaiyələrdən sonra əyalətdə həm spirtli içki qəbul edənlərin, həm də saxta içki istehsal edən şirkətlərin sayı artıb.
İlahə Hüseynova 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !