Neftin qiyməti aşağı düşür, bəs benzin niyə ucuzlaşmır? - – Ekspertdən AÇIQLAMA

Neftin qiyməti aşağı düşür, bəs benzin niyə ucuzlaşmır? – Ekspertdən AÇIQLAMA

“Neftin qiymətinin aşağı düşməsi benzinin qiymətinə də təsir etməli və aşağı düşməlidir”.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Yeniavaz.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün dünyada neftin qiyməti ucuzlaşıb:
“Türkiyə və Gürcüstan artıq bununla bağlı qərar da verib. Çünki bu bazarla bağlı bir məsələdir və dövlət tərəfindən tənzimlənmir. Bizdə isə qiymət Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Təəssüf ki, onlar da qiyməti artırmaqla məşğuldur. Bugünə qədər görməmişik ki, vacib sahələrdə qiymət azalmasına doğru irəliləyiş olsun”.
Ekspert bildirib ki, əgər koronavirus təhlükəsi uzun üddət davam edərsə 2015-ci ildəki kimi olmasa da devalvasiya gözlənilə bilər:
“Azərbaycan dünyada neftdən asılı olan ölkələrdən biridir. Büdcənin formalaşmasının 60%-i, ticarətin isə 90%-i neft və neft məhsullarından asılıdır. Neftin qiyməti düşəndə təbii ki, neft məhsulları və qazın da qiyməti düşməlidir. Bundan başqa neftin ucuzlaşması ölkəyə daxil olan xarici valyuta ehtiyyatlarının azalmasına, büdcə parametrləri ilə bağlı problemlərin yaşanmasına gətirib çıxara bilər. Bu il neftin büdcəsi 55 dollardan götürülüb, buna görə də bütün hesablamalar bu qiymətə uğun aparılıb. Lakin artıq “brend” markalı neftin qiyməti 48-49 dollardır. Yəni, nəzərdə tutulan qiymətdən 6-7 dollar aşağı düşüb. Bir neçə gün belə vəziyyətin olması Azərbaycan üçün o qədər də poblem yaratmayacaq. Amma uzun müddət davam edərsə və neftin qiyməti kəskin ucuzlaşarsa Azərbaycan iqtisadiyyatında ciddi problemlər yaradacaq. İndiki proqnazlara görə neft 40-42 dollara qədər ucuzlaşa bilər. Belə olduqda həm büdcə parametrləri, həm xarici ticarət, həm də manata olan basqılar getdikcə sürətlənəcək. Bu zaman manatın məzənnəsini inzibati yolla stabil saxlamaq mümkün olmayacaq. Düzdür, 2015-ci ildəki kimi devalvasiya olmayacaq, amma 10-15 faiz aşağı düşməsi qaçınılmaz olacaq”.
İlahə Hüseynova 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !