Xəzər TV SOCAR-a verildi - - RƏSMİ

Xəzər TV SOCAR-a verildi - RƏSMİ

Bu gün Xəzər TV MMC-nin təsis paylarının “SOCAR Media” İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb.
Bu barədə Modern.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Bildirib ki, kanalın yeni rəhbəri, Xalq artisti Murad Dadaşov “SOCAR Media”nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib.
Qeyd edək ki, “SOCAR Media” İB SOCAR-ın təsisçiliyi ilə yaradılıb. Gülşən RAUFQIZI

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !