"Vasif, məni niyə yerə vurursan?" - - Xatirədən cavab FOTO+VİDEO

"Vasif, məni niyə yerə vurursan?" - Xatirədən cavab FOTO+VİDEO

Müğənni Xatirə İslam duet ortağı, Əməkdar artisti Vasif Məhərrəmlinin onun həyat yoldaşı Fəxrəddin haqda verdiyi açıqlamaya münasibət bildirib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında ailəsi ilə video paylaşıb. Xatirə Vasifə səslənərək bildirib ki, dediyi "Fəxrəddin daha yaxşısına layiqdir" sözlərinə pis olub:
“Fəxrəddin, Vasif Məhərrəmli səni yaman tərifləyib. Bəlkə, ona ürək sözlərini çatdırasan? Bilirəm ki, Vasif o sözü niyə deyib. İstəyir hər kəsə tanıtsın ki, sən necə adamsan. Pis xüsusiyyətlərin də var, aydan arı, sudan duru deyilsən. Amma yaxşı xüsusiyyətin daha çoxdur.
Vasif, sənə təşəkkür edirəm. Sən mənim 21 illik dostumsan. Çox sağ ol ki, ailəmə milyonların qarşısında belə dəyər verdin. Adam qəfil oxuyanda pisinə gəlir, düzdü, pis yazmayıblar. Vasif, mənə nə olub ki? Bəzən açıq geyinirəm, haradasa hansısa sözü danışıram, o zaman yazırlar ki, bunun yoldaşı hara baxır? Vasifin məqsədi odur ki, səni yaxşı tanıtsın. Adam səhv də danışa bilər, problem deyil. Vasif mənə deyir ki, pis demişəm? Fəxrəddin yaxşı oğlandı. Vasif, mən də heç pis qız deyiləm. Deyirəm ki, yuxarı qaldırırsansa, ikimizi də qaldır. Məni niyə yerə vurub, onu qaldırırsan? Dostlarımla münasibətim çox səmimidir. Problem yoxdur. Həmişə deyirəm ki, mənə hörmətiniz varsa, onu yoldaşıma edin. Artıq-əskik hərəkət edəndə, söz danışanda yoldaşımın adını çəkməyin”.
Müğənninin həyat yoldaşı isə “Düz sözə nə deyəsən? Eybi yox, gələn dəfə deyər ki, Xatirə daha yaxşı oğlana layiqdir” sözləri ilə Xatirəyə cavab verib.
Qeyd edək ki, V.Məhərrəmli müsahibəsində bu sözləri işlətmişdi:
“Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin. Ona hər zaman o barədə bəxtəvərçilik verirəm. Deyirəm, get gecə-gündüz dua et ki, qarşına belə insan çıxıb: saf, təmiz, ağıllı, savadlı”.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !