Kağız pullarda koronavirus təhlükəsi: - Ekspertdən TƏKLİF

Kağız pullarda koronavirus təhlükəsi: Ekspertdən TƏKLİF

"Ödənişlərinizi kartla, eləcə də internet üzərindən elektron şəkildə həyata keçirin”.
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu təklif edib. O, koronavirusdan qorunmaq üçün tölkə ərazisində tədavüldə olan Azərbaycan manatı, ABŞ dolları və avronun hələ də dezinfeksiya olunmadığı üçün əskinaslardan nağd şəkildə istifadənin məhdudlaşdırılmasını məsləhət görüb:
"Mərkəzi Bank pulların dezinfeksiya edilməsi ilə bağlı açıqlama versə də, unutmayın, tədavüldə olan pulların təkrar dövriyyəsi bir çox hallarda mağazalar vasitəsilə aparılır, Mərkəzi Banka çatmır. Odur ki, çalışın, ödənişlərinizi kartla, eləcə də internet üzərindən elektron şəkildə həyata keçirin. Məcburiyyətdən əskinaslardan istifadə etsəniz, mütləq əllərinizi dezinfeksiya edin. Unutmayın ki, koronavirus epidemiyası dövründə mikrob və bakteriyaların yayılma kanallarından biri də çirkli pullardır. Odur ki, korrupsionerlərə də tövsiyyə edirəm ki, rüşvət götürməsinlər, koronavirusa yoluxa bilərlər”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !