Azərbaycan Premyer Liqasının oyunları təxirə salınmayacaq - - RƏSMİ

Azərbaycan Premyer Liqasının oyunları təxirə salınmayacaq - RƏSMİ

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında ölkə ərazisində keçirilən kütləvi idman tədbirlərinin təxirə salınması ilə bağlı hər hansı bir qərar yoxdur. Odur ki, biz Azərbaycan Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına normal şəkildə davam edəcəyik".
AZpress.AZ
xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev koronavirusa görə çempionat oyunlarının təxirə salınma ehtimalı barədə danışarkən deyib.
Qurumun rəsmisi bildirib ki, məsələ ilə bağlı iclas keçirilib və digər ölkələrdən də nümunə götürülüb: "Məsələn, koronovirusun geniş yayıldığı İtaliyada sadəcə bəzi oyunlar təxirə salınır. Qonşu ölkələrdə isə çempionat öz axarı ilə davam edir. İndiki məqamda oyunların təxirə salınması məsələsi gündəmdə deyil. Oyunların keçirilməsi ilə bağlı hər hansı bir problem yaranarsa (ezam, tibbi, təhlükəsizlik) komandaların fərdi müraciəti olarsa, bu məsələlərə baxıla bilər”.
Qeyd edək ki, daha öncə AFFA bütün liqalardakı oyunları koronavirusa görə təxirə salıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !