Gülağa Tənha - adlar...

Gülağa Tənha adlar...

 

Azpress.az - saytın keçən yayımında xeyriyyəçi - şair Gülağa Tənha yaradıcılığına müraciət edərək fikirlərini bildirən şair Ağacəfər Həsənlinin araşdırma yazısını təqdim etmişdik. Çox vaxt şair, şairin dilini daha asanlıqla anlayır, yaradıcılığını oxuculara tanıdaraq dərindən sevdirir. Bunun nə dərəcədə alındığını zaman göstərir, digər tərəfdən tarixdə baş vermiş hər hansı bir yadda qalan hadisəylə əlaqədar "Sevgililər günü", "Qadınlar günü" və.s bu kimi bayramlar keçirdərək xüsusi diqqət yetirilir. Belə məqamda yazıçı - şair üçün xüsusi gün, ilhamlandığı və əsəri bitirib sözünü dediyi gündür. İnsan daha çox gördüyünü tədbiq edən varlıqdır. Qələm əhlinə bu məqamda daha böyük məhsuliyyət düşür, yazdığını, dediyini yaşayaraq tədbiq etmək. Oxucu kitabda yazılanı müəllifin yaşam tərzində gördükdə deyilən sözlərə daha inamla, sevgiylə yanaşır və qələm əhli oxucuların rəğbətini qazanmış olur.
Əgər sən dənizə, ağaclara, torpağa baxıb ilhamlanırsansa və bunlar daxildə məhəbbət hissi yaradırsa demək sən Vətənə və bütün dəyərlilərə ləyaqətlə yanaşacaqsan. Bu da sənət əsərində özünü büruzə verəcək.

 

Daha çox şeirləri ilə tanınan şair Gülağa Tənha yaradıcılığında təsirli nəsr əsərlərinə də böyük yer ayırır. Müəllifin bu günə qədər çap olunmuş kitabların adlarını təqdim edir:


"Serenada", "Taleyin tərs şilləsi", "Ana laylası", "Gümüş qolbaq", "Kəsişən yollar", "Ağrı", "Sözün işığı", "Gülağa Tənha Əsərləri", "Tənhanın Tənha dünyası", "Vətənə gələndə", "Чаша бытия", "Gülağa Tənha fikir dünyası", "Mən Allah adamıyam", "Tənhanın gözüylə bax bu dünyaya", "On iki yaşın nağılı". 5 - cild: "Gülağa Tənha Seçilmiş əsərlər".

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !