"Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçirilmişdir. - +FOTO=52 (AZpress.AZ-Minə Türksoy, İ.Mais)

"Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçirilmişdir. +FOTO=52 (AZpress.AZ-Minə Türksoy, İ.Mais)

AZpress.AZ saytının məlumatına əsasən bildiririk ki, 28 fevral Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Gənclərə dəstək" layihəsi çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin iştirakı ilə (Bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev) "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçirilmişdir.
Konsertin dirijoru - İlahə Həsənova, iştirakçıları isə respublika və beynəlxalq müsabiqələr laureatlarıdır.
Nəzərinizə çatdırırıq ki, "Gənclərə dəstək" layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadənin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmışdır. Layihə çərçivəsində keçirilən hər bir tədbir gənc nəslin dünya görüşünün formalşamasında, Azərbaycan və dünya musiqisinin təbliğində əvəzolunmaz rol oynayır. Konsertlərdə Prezident təqaüdçüləri, Respublika və Beynəlxalq müsabiqələr laureatları mütəmadi olaraq iştirak edirlər. Bu isə öz növbəsində digər gənc musiqiçilərə daima öz üzərlərində çalışmaqlarına, yüksək adlara nail olmalarına təkan verir. Layihə çərçivəsində Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçılarına, gənc bəstəkarlarımıza da xüsusi yer ayrılır. Gənc bəstəkarların yaratdıqları əsərlər - pyeslər, kvartetlər, orkestr üçün əsərlər, romanslar mütəmadi səslənir. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur. Proqram və janr baxımından çox zəngindir. Buraya, vokal musiqisi, fortepiano musiqisi, kamera-instrumental musiqisi axşamları daxildir. Milli dəyərimiz olan muğama da layihədə xüsusi yer ayrılıb. Gənc xanəndələrin iştirakı ilə keçirilən konsertlər böyük marağa səbəb olur. Layihə çərçivəsində gənc musiqiçilərə Filarmoniyanın aparıcı kollektivləri ilə birgə çıxışlarına da şərait yaradılır.
Filarmoniyanın direktoru Murad Adıgözəlzadə öz müsahibəsində "Gənclərə dəstək" layihəsinin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
"Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə tərəqqi edir, insanların həyata baxışı təzələnir. Həmçinin dövlət idarəçiliyinin, iqtisadiyyatın, mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür. Ölkədə gənclərə qayğı gündən-günə artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışmalarına şərait və imkan yaradılır.
Ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev bu gün öz fəaliyyətində ölkə gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlığının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında da gənc istedadlı musiqiçilərə xüsusi diqqət göstərilir. Məhz bu məqsədlə, "Gənclərə dəstək" layihəsi yaradılmışdır. Layihə çərçivəsində gələcəkdə həyata keçirmək arzusunda olduğumuz bir sıra planlarımız vardır. Onlardan biri də, hər ay Filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri ilə birgə "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı silsilə konsertlər keçirtmək planlaşdırılır.
Nəzərinizə çatdıraq ki, layihənin idea müəllifi- filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəlzadə, koordinatoru Ayla Zəkəriyyə Kərimovadır.
AZpress. AZ,Minə Türksoy. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !