AZƏRBAYCANLI TƏLƏBƏLƏR TÜRKİYƏDƏ XOCALI SOYQIRIMININ 28-Cİ İL DÖNÜMÜNÜ YAD EDİBLƏR. - 2 ViDEO+FOTO=5

AZƏRBAYCANLI TƏLƏBƏLƏR TÜRKİYƏDƏ XOCALI SOYQIRIMININ 28-Cİ İL DÖNÜMÜNÜ YAD EDİBLƏR. 2 ViDEO+FOTO=5

 Türkiyənin Çankırı şəhərində təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının 28-ci il dönümünü yad ediblər.
Azərbaycanlı tələbələr İsa Mahmudov və Mustafazadə Orxan öz şəxsi təşəbbüsləri ilə təhsil aldıqları universitetin digər azərbaycanlı tələbələri də ətraflarına toplayıb, Türkiyənin Çankırı şəhərinin mərkəzi küçələrinin birində Xocalı soyqırımı dəhşətlərini tanıtmaq məqsədi ilə tədbir keçiriblər.
Tələbələr, Azərbaycan bayraqları əllərində Xocalı dəhşətləri haqqında mikrafonla müxtəlif çıxışlar edib və soyqırım dəhşətlərini əks etdirən səhnəciklər nümayiş etdiriblər. Şəhər sakinlərinin diqqətini öz üzərilərinə çəkməyi bacarıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !