"Ana Dili Günü" - +FOTO=11

"Ana Dili Günü" +FOTO=11

  Ana dilimizi qorumaq,inkişaf etdirmək bizim də borcumuzdur. ...

20.02.2020- ci il tarixində Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbdə "Beynəlxalq Ana Dili"günü tədbiri keçirilmişdir.Tədbiri çıxış sözü ilə açan məktəbin drektoru F.Allahverdiyeva tədbir iştirakçılarını salamlayıb və bütün məktəb kollektivini "Beynəlxalq Ana Dili" günü münasibətilə təbrik edib,onlara Ana dilini sevməyə,qorumağa tövsiyyə verdi.Daha sonra çıxış üçün məktəbin Azərbaycan və Ədəbiyyat müəllimi A.Zeynəb müəlliməyə söz verildi.Zeynəb müəllimə öz çıxışında fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən,dilimizin zənginliyində və inkişafında Ümumimilli lider Heydər Əliyevin böyük rolunu vurğuladı.O. dilimizin ən dəyərli varlığımız olduğunu çatdırdı.Sonra II sinif şagirdləri Ana Dilinə həsr olunmuş şeirlərini söylədilər.
Məktəbin daha bir Azərbaycan dili və Ədəbiyyat müəlliməsi V.Elnarə müəllimə Ana dilimiz,onun mənşəyi və yaranması haqqında şagirdlərə geniş məlumat verdi.
Əmək mövzusu ilə əlaqədar Nizaminin "Kərpickəsən qoca"və "Cavan oğlan"əsərindən VI sinif şagirdləri səhnəcik göstərdilər.
Beləliklə VIIᵃ,VIIᵇ,VIIIᵃ sinifləri Ana dilinə həsr olunmuş səhnəciklər nümayiş etdirdilər.
Balaca fidanların rəqsi ilə tədbirimizi yekunlaşdırdıq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !