Xocalı soyqrımına həsr edilmiş klipin təqdimatı keçirildi. - +FOTO=7 (Rüstəm İsmayılov AZpress.AZ)

Xocalı soyqrımına həsr edilmiş klipin təqdimatı keçirildi. +FOTO=7 (Rüstəm İsmayılov AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, 26 Fevral Azərbaycan Milli Konservatoriyasının Böyük zalında Xocalı soyqrımına həsr edilmiş tədbirdə vətənpərvərlik mövzusunda çəkilmiş klipin təqdimatı keçirildi.Klipdə 100-ə yaxın qanun alətində ifa edən tələbələr və şagirdlər çəkilib.Bu təqdirə layiq layihəni hazırlayan Azərbaycan Milli Konservatoriyasının Baş Müəllimələri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natavan Mikayılqızı Həsənova və aparici Konsertmeyster Svetlana Əhmədovadır.

Klipdə XX əsrin ən dəhşətli faciələrindən bəhs edilir.

Klipin əsas ideyası ondan ibarətdir ki, erməni daşnakları faşistlərlə eyniləşdirilir. Onların xalqımıza qarşı etdikləri vəhşiliklər demək olar ki, tarixin qanlı səhifəsi və ən böyük faciəsidir.

Alqışa layiq bir proyektdir. İstədik ki,sizlərlə də bölüşək. Və həmçinin Azərbaycan Dövlət Akademik Filarmoniyasina, Azərbaycan Milli Konservatoriyasına, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət GimnaziyasIna dərin təşəkkürümüzü bildirmək istəyirik.Xatırladaq ki,Videoçarxın maliyyə dəstəyi Sintra Su filtrləri şirkəti tərəfindən qarşılanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !