Bulvarda sevgililərin intiharı - Oğlan sağ qaldı, qız üçün ağlayır - -VİDEO

Bulvarda sevgililərin intiharı - Oğlan sağ qaldı, qız üçün ağlayır -VİDEO

25 fevral səhər saatlarında Bakı Bulvarında baş verən intihar hadisəsi ilə bağlı görüntülər yayılıb.
AZpress.AZ bakupost-a istinadən xəbər verir ki, görüntülədə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir.
Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !