Gənclərin Töhfəsi İctimai Birliyi daha bir ilkə imza atdı. - +FOTO=4

“Gənclərin Töhfəsi” İctimai Birliyi daha bir ilkə imza atdı. +FOTO=4

Məlumdur ki, cənab Prezident İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etmişdir. “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Zeytun Bağları”-nın birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində 21 fevral 2020-ci il tarixində Şamaxı şəhərində 1 günlük Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirən “Sağlam Qida” Könüllülərinin Şamaxı Forumu keçirildi. Layihənin rəhbəri sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirdi ki, forumun keçirilməsinin məqsədi insanların, xüsusilə də yeniyetmə və gənclərin zərərli vərdişləri və onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdi. Eyni zamanda facebook və instagram səhifələrində birliyin “Qida təhlükəsizliyi hərəkatı” səhifəsi və www.saglamqida.az saytı təqdim olundu. Məhsəti Hüseynova həmçinin qeyd etdi ki, bu səhifələrdə davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin ziyanları və ondan xilas olmağın yolları, asudə vaxtın səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və faydalı qidalar, onları ayırd etmə üsulları haqqında məlumatlar paylaşılır və bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətləri, hesabatlar, görüntülü maarifləndirici videolar yer tutur. Daha sonra forumda aidiyyəti üzrə rəsmi qurumların nümayəndələri gündəmə gətirilən mövzuların insanlar üçün əhəmiyyətini vurğulayıb, gənclərin bu işdə təşəbbüskarlıq göstərmələrinin vacibliyini diqqətə çatdırıblar. Çıxışların ardından qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr start alıb. Panellər "Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsidir”, "Çətinliklər, görülən işlər və hədəflər”, "Sağlam qida sağlam gələcəyin təminatıdır”, "Sağlam həyat tərzinin təbliğində könüllülərin rolu” mövzuları ətrafında reallaşdırılıldı və iştirakçılarla birlikdə maraqlı diskusiyalar çərçivəsində forum davam etdi. Birliyin rəhbəri Asim Vəliyev bildirdi ki, daha əvvəl Bakıda “Sağlam Qida Könüllülərinin 1-ci Respublika Forumu” keçirilmişdir və növbəti aylarda da bu istiqamətə digər regional forumların keçirilməsi planlaşdırılmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !