Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib - +FOTO=44 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib +FOTO=44 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

 Bir neçə gün öncə Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi Ağcabədi rayon sakini Akif Elşən oğlu Abbasov bu gün dəfn edilib.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, əsgər Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində əsgərin ailə üzvüləri, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əsgərin cənazəsi bükülən bayraq onun atasına verilib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb. Hərbiçinin meyidi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə neytral ərazidən götürülüb.
Allah rəhmət eləsin.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !