Müslüm Maqomayevin həyatından serial çəkdilər - - Foto + Video

Müslüm Maqomayevin həyatından serial çəkdilər - Foto + Video

Rusiyanın birinci kanalı mərhum Xalq artisti Müslüm Maqomayevin həyatından bəhs edən serialın treylerini yayımlayıb.
“Mediaslovo” şirkətinin ərsəyə gətirdiyi “Maqomayev” adlanan ekran işində sənətçinin obrazını serbiyalı aktyor Bikoviç Miloş canlandırıb. M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya obrazına İrina Antonenko, rusiyalı bəstəkar Aleksanda Paxmutova obrazına isə Mariya Şalayeva həyat verib.
Ekran işində Babkina Kseniya, Svetlana Ustinova, Nikiya Tarasov, Alyona İvçenko, Maksim Laqaşkin də çəkilib.
Serialda hadisələr 1960-cı illərdə “Brejnev dönəmi”ndə cərəyan edir.
Qeyd edək ki, 8 seriyadan ibarət ekran işi Xalq artisti Emin Ağalarov və iş adamı Araz Ağalarovun dəstəyi ilə çəkilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !