Rəhman Rəhmanovun əməliyyatı üçün pul yoxdur -

Rəhman Rəhmanovun əməliyyatı üçün pul yoxdur

Vəziyyəti ağır olan Əməkdar artist Rəhman Rəhmanov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinə aparılıb.
Kukla Teatrının baş rejissoru Qurban Məsimov aktyorun son durumu ilə bağlı Y
“Dünən aktyor Bakı Sağlamlıq Mərkəzinə aparılıb. Hazırda reanimasiyadadır. Gecə ikən analizlər götürüldü, diaqnoz qoyuldu. 12 barmaq bağırsağın yolunu daş bağlayıb. Onu təcili əməliyyat edib çıxarmaq lazımdır. Bunun üçün xəstəxanaya ödəniş olunmalıdır. Hələ ki, o məbləğ olmadığı üçün həkimlər gözləyir. Biz və yaxınları bu məbləğin toplanmasına çalışırıq. Təcili əməliyyat olunmasa, Rəhman müəllimin vəziyyəti daha da kritikləşə bilər. Qanına zəhərlənmə keçsə, həyatı təhlükə ilə üz-üzə qalacaq”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !