İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb -

İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb

 İranda yeni koronavirusdan (2019-nCoV) ölənlərin sayı artır.

 

Məlumat verir ki, daha 10 nəfərin bu virusa yoluxduğu açıqlanıb, bir nəfər isə ölüb.

 

Bununla, İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb.

 

Qeyd edək ki, yeni koronavirus (2019-nCoV) epidemiyası 2019-cu il dekabrın sonunda Çinin mərkəzində yerləşən, 12 milyon əhalisi olan Uhan şəhərində baş qaldırıb. Ümumdünya Səhiyyə Təşkilatı virusu beynəlxalq miqyasda təhlükə elan edib.

 

Çindən kənarda artıq 25 ölkədə koronavirusa yoluxma halı aşkarlanıb.

 

Fevralın 22-nə olan məlumata görə, Çində virusdan 2345 nəfər ölüb, 20 659 nəfər sağalaraq xəstəxanalardan buraxılıb, 75 891 nəfər bu virusa yoluxub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !