Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir... - +FOTO=21 (Mine Türksoy-AZpress.AZ)

Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir... +FOTO=21 (Mine Türksoy-AZpress.AZ)

  AZpress.AZ saytının məlumatına əsasən bildiririk ki, fevralın 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Gürcüstanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Rəssamlar İttifaqının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə dəstəyi ilə “Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə " adlı sərgi-tədbir təşkil olundu.
Tədbirdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Ukrayna, Qazaxıstan və Tacikistan Respublikalarının fövqəladə və səlahiyyətli səfirləri və diplomatik korpusun nümayəndələri iştirak etdilər.
Qonaqlar ilk öncə Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad etdilər.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək bildirdi ki, Azərbaycanla Gürcüstan arasında olan dostluq münasibətləri dərin köklərə malikdir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və dostluq münasibətləri bu gün də davam etdirilir.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze çıxışında bu gün Azərbaycan-Gürcüstan münasibətlərinin strateji əməkdaşlıq səviyyəsində inkişaf etdiyini və Gürcüstanın xarici siyasətində Azərbaycanla yaxın qonşuluq münasibətlərinin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Sərginin layihə rəhbəri və təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün və Elnurə İsgəndərovalar isə sərgi-tədbirə qatılan hər kəsə təşəkkür etdilər. Elnurə xanım çıxışında xalqlar arasında mədəni əlaqələrin inkişafını şərtləndirən əsas amillərdən biri də qonşuluq əlaqələri olduğunu qeyd etdi. Belə xoşməramlı münasibətlərin qurulmasına təkan verən bu proses Azərbaycan-Gürcüstan arasında əlaqələrdən də yan keçməyib. Memarı ulu öndərimiz Heydər Əliyevin olduğu ikitərəfli münasibətlərin inkişafı cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü təşkil etdiyimiz “Gürcüstan- Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir də iki ölkə arasında mədəni əlaqələrin inkişafına bir tövhə olsun.
Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov səfiri fəxri fərmanla təltif etdi, Gürcüstandan olan qonaqlar bu təltifi gürcü xalqına məxsus xalq mahnısı ilə alqışladılar.
Qeyd edək ki, sərgidə təsviri sənətin bütün növləri üzrə 120 rəssamın 150-yə yaxın işi nümayiş olunub. Əsərlər hər iki ölkənin əsrlərə söykənən dostluğunu, təbiətini, insanların həyat tərzini özündə əks etdirirdi. Rəssamlar sonda diplomla təltif olundular.
AZpress. AZ,Minə Türksoy.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !