Gülağa Tənha - "Qarabağ" qəzəli

Gülağa Tənha "Qarabağ" qəzəli

Zabitin uğurlu əməliyyatı, rütbəylə, medalla qiymətləndirilirsə xanəndənin mükafatı ifasına görə aldığı bəxşişdir, puldur. Bu bizim babamızın babasından qalan adətdir, dəyərdi. Bir halda ki, xoş gündə məclis əhlinin könlünü şad edirsən, onlar da qarşılığında səni sevindirirlər. Bu bir qədər də Allah vergisinə qiymət verməkdir. Günlərin bir günü xeyriyyəçi şair olasan və məclislərin birində yazdığın ən sevimli qəzəllərdən olan " Qarabağ " qəzəlini ürəkdən oxuyarlar, bunu necə mükafatlandırmayasan?! Həmin gecədə əməkdar artist İlkin Əhmədovun nə qədər qonarar əldə etdiyini soruşmayacağıq. Kim bilir, bəlkə, gələcəkdə soruşduq, indi isə xalqı, kütləni bu gözəl sənət əsərini dinləyib feyziyyab olmağa dəvət edirik və unutmayaq şairin qəzəldə yazdığı Qarabağ hər bir azərbaycanlınındır.


İfa edirlər: Əməkdar artist İlkin Əhmədov və Bəyimxanım Vəliyeva


Söz: Gülağa Tənha (Qənbərov)

 


* * *

Bu geniş dünyada ən doğma yerimsən, Qarabağ,
Göy üzündə Günəşim, həm qəmərimsən, Qarabağ.

Heyran etmiş hamını ruhu saran şərqilərin,
Qəlblərə hakim olan nəğmələrimsən, Qarabağ.

Çox olub xoş günümüz, növrağımız qoynunda,
Dünyanın başına daş, qəm-kədərimsən, Qarabağ.

Tarixin dəftərinə yazmısan öz adını sən,
Xalqımın tarixisən, şah əsərimsən, Qarabağ.

Şəhid oldu sənin uğrunda neçə qəhrəmanım,
Neçə dastanlara layiq hünərimsən, Qarabağ.

Qaniçən yağı dilər ki, səni bizdən ayıra,
Öz qanında boğular, çün zəfərimsən, Qarabağ.

Millətim birləşərək yurdumu azad edəcək,
Gecədən sonrakı bir al səhərimsən, Qarabağ.

Moskva, 5 yanvar 1998

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #İlkin #Əhmədov #Bəyimxanım #Vəliyeva #Qarabağ #qəzəl
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !