Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı -

Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı

 Dəniz quldurları Nigeriyanın Laqos şəhəri yaxınlığında Liberiya bayrağı altında üzən tankerə hücum edərək 10 dənizçini qaçırıblar.

AZpress.AZ  APA-ya istinadən xəbər verir ki, qaçırılan dənizçilərdən dördünün Gürcüstan vətəndaşı olduğu bildirilir.
Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentlik gəmi sahibi ilə əlaqə saxlayır və vətəndaşların kimliyi dəqiq müəyyənləşdirildikdən sonra qaçırılanların ailələrinə ətraflı məlumat veriləcək.

Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin sözlərinə görə, vətəndaşların sərbəst buraxılması istiqamətində fəal işə başlanılıb və tərəfdaş ölkələrlə əlaqə saxlanılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !