İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

 VOLEYBOL
-------------------------------------------
Super Liqanın lideri Gürcüstan komandasını məğlub edib


Bu gün kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının yüksək liqasında daha bir oyun keçirilib. Çümpionata liderlik edən "Xilasedici" son illər müntəzəm olaraq, Azərbaycan çempionatında iştirak edən Gürcüstan yəğması ilə qarşılaşıb. Dərnəgüldəki Voleybol Mərkəzində baş tutan oyunda ölkə çempionatının lideri rəqibini quru hesabla məğlub edib - 3:0. Bu qələbədən sonra "Xilasedici" liderlik mövqeyini bir qədər də möhkəmləndirib. Lakin onu da qeyd edək ki, liderin ən yaxın izləyicisi olan "Neftçi" ondan bir oyun az keçirib.
Hazırda komandaların turnir cədvəlindəki vəziyyəti belədir:
Xilasedici - 18 xal (7 oyun), Neftçi - 15 xal (6), Murov - 14 xal (6), MOİK - 10 xal (6), Azəreyl - 6 xal (5), Ekspress - 3 xal (6p, S\ərhədçi - 0 xal (6), Gürcüstan - 0 xal (2).
İNTİQAM

====================================================

"Azərreyl" şəriksiz liderə çevrilib


Bu gün qadın volçular arasında Azərbaycan Super Liqasında bir görüş keçirilib. Dərnəgül yaçayış massivindəki Voleybol Mərkəzində baş tutan həmin görüşAzərbaycan voleybolunun flaqmanı olan “Azərreyl” Gürcüstan komandası ilə üzləşib. Oyun Famil Ağayevin baş məşqçisi olduğu "Azərreyl"in üstünlüyü ilə keçib. YHesab da oyuna gərə olub - 3:0. lk hissədə 25:13 hesabı ilə qalib gələn “Azərreyl” daha sonra rəqibini 25:23 hesabı ilə məğlub edib. 25:21 hesabla bitən üçüncü set həlledici olub. Bununla da keçirdiyi 5 oyunun hamısını qələbə ilə bitirən “Azərreyl” turnir cədvəlində vahid liderə çevrilib. 15 xala malik komanda ən yaxın izləyicisi “Abşeron”u 3 xal geridə qoyub.

Hazırda komandaların yarış cədvəlində vəziyyət belədir:

Azəreyl - 15 xal (5 oyun), Abşeron - 12 xal (5), Mübariz - 6 xal (4), Murov - 3 xal (4), UNEC - 0 xal (4), Gürcüstan - 0 xal (2).

İNTİQAM

====================================================

ŞAHMAT
-----------------------------
Nicat Abbasov Praqada 3-cüdür


Praqada (Çexiya) azərbaycanlı şahmatçi Nicat Abbasov da daxil olmaqla 10 zəka sahibinin iştirakı ilə şahmat üzrə ənənəvi «Challengers» turniri keçirilir. Dairəvi sistem üzrə keçirilməklə 9 turdan ibarət olan turnirdə bu gün 6-cı tura yekun vurulub. Tur həmyerlimiz üçün uğurlu olub. O, hesabat turunda rusiyalı Andrey Yesipenko üzərində qələbə qələbə qazanmaqla xallarının sayını 3,5-ə çatdırıb. Bu isə ona yarış cədvəlində 3-cü pilləyə qalxmaq imkanı verib. Yaı. cədvəlinə 4,5 xalla islandiyalı Xans Stefansson liderlik edir.
İNTİQAM

=====================================================
GÜLƏŞ
-------------------------------------
Azərbaycan pəhləvanları Rusiya toplantısında


Azərbaycanın sərbəst güləş üzrə kişilərdən ibarət yığma komandası qarşıdaki Olimpiya təsnifatlı turnirlərə hazırlıq prosesini davam etdir. Hetində 12 liderin cəmləşdiyi yığmamız hazırda Kislovodski (Rusiya) şəhərindədir. Komandanın heyətində titullu pəhləvanlarımızdan üçqat dünya çempionu Hacı Əliyev, qitə çempionu Georgi Edişeraşvili və Olimpiya çempionu Şərif Şərifov da yer alıb. Yeri gəlmişkən, adıçəkilən bu pəhləvanlar bu günlərdə İtaliyanın paytaxtı Romada keçirilən Avropa Çempionatına qatılmamışdılar. Bir məqamı da qeyd edək ki, sərbəst güləş üzrə yığmamızın üzvlərindən yalnız Şərifov Tokio Olimpiadasına lisenziya qazanıb. O, bu lisenziyanı ötən il keçirilən Olimpiya lisenziyalı dünya çempionatında əldə edib.
İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !