Qobustan sənət toplusunun 50 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib - + FOTO=25 (Bağırzadə Əqdəs - AZpress.AZ)

“Qobustan” sənət toplusunun 50 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib + FOTO=25 (Bağırzadə Əqdəs - AZpress.AZ)

 Fevralın 18-də Bakı Kitab Mərkəzində “Qobustan” sənət toplusunun 50
illiyinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib. Əməkdar artist
Nərgiz Cəlilovanın aparıcılığı ilə baş tutan tədbirdə Bakı Kitab
Mərkəzinin direktoru Günel Rzayeva, “Qobustan” jurnalının baş
redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlı, Xalq yazıçıları
Anar və Elçin, Akademiklər İsa Həbibbəyli və Zemfira Səfərova,
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xalq artisti Polad
Bülbüloğlu və akademik Rafael Hüseyn 1969-cu ildən nəşr olunan
“Qobustan” toplusunun yaranma tarixi və fəaliyyətindən, üzləşdiyi
çətinliklərdən, Azərbaycan mətbuatında müstəsna xidmətlərindən
danışdılar. Çıxış edənlər qeyd etdilər ki, “Qobustan” toplusu
Azərbaycanda ədəbi və mədəni mühitin formalaşmasında xüsusi yer tutur.
Tədbir Xalq artistləri Məmməd Səfa, Ülviyyə Hacıbəyova, İlqar Muradov,
Əməkdar artistlər İlham Nəzərov və Sahib Paşazadənin iştirakı ilə
davam etdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !