Xocalıda can qaldı adlı tədbir –sərgi keçiriləcək. -

“Xocalıda can qaldı” adlı tədbir –sərgi keçiriləcək.

 21 fevral 2019- cu il saat 15 00 – da Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininbirgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 28 – ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı tədbir –sərgi keçiriləcək.
Xocalı faciəsisnin acı xatirəsini yaşatmaq, bu barədə ictimayyəti geniş şəkildə məlutmandırmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə etmək baxımından Muzey Mərkəzinin konfrans zalında keçiriləcək tədbirin rəsmi hissəsində, Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli, ADMİU – nun rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Azərbaycanın xalq rəssamı (2018). Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əziz, Kino rejissor, ssenari müəllifi, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Muzstafayev çıxış edəcəklər.
Tədbirdə Azərbaycanın Xalq artisti, rejissor Vaqif Mustafayevin “Xocalıya ədalət” beynəlxalq təbliğat – təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filminin nümayışı olacaqdır. Film Xocalı sakininin 26 fevral 1992-ci il gəcəsi yaşadığı faciənin xatirələri əsasında çəkilib.
Sərgidə Türkiyənin Gazi Universiteti tərəfindən ADMİU - ya hədiyə edilmiş əsərlərdən ibarət sərginin açılış mərasimi baş tutacaq. Sərgidə Ankara Qazi Universitetində təhsil alan Türkiyə, Azərbaycan, Qırğızıstandan olan rəssam tələbələrin yartdığı 13 əsər nümayış olunacaq. Azərbaycan İstiqlal Muzeyinin I zalında təşkil ediləcək sərgi 27 fevral tarixinədək davam edəcək.
TədbirdəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri,Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Hərbi Dəniz qüvvələri, Azərbaycan Respublikası Sərhəd qoşunları, muzeyin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !